Kim Çen Inın qardaşı öldürüldü
Hadisə
16:20 / 14.02.2017
1385
Şimali Koreya lideri Kim Çen Inın qardaşı Malayziyada qətlə yetirilib.
Sfera.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Şimali Koreya liderinin qardaşı Kim Çon Nam Kuala -Lumpur hava limanında Şimali Koreya xüsusi xidmət orqanları əməkdaşları tərəfindən zəhərlənib.
Malayziya polisi "Reuters"-ə açıqlamasında şəxsiyyəti dəqiqləşdirilməyən şəxsin hava limanından xəstəxanaya aparılarkən öldüyünü təsdiqləyib. Malayziya xüusis xidmət orqanları ölən şəxsin kimliyini açıqlamırlar.