Azərbaycan klubunun prezidenti və qapıçısını güllələdilər - YENİLƏNİB - FOTO

Azərbaycan klubunun prezidenti və qapıçısını güllələdilər - YENİLƏNİB - FOTO

16:22

Yaşar Rüstəmov vətəndaşı isə bud nayihəsindən güllə yarası alıb

"Neftçi"nin sabiq qapıçısı Vladimir Miçoviç, 48 yaşlı "Abşeron" klubunun sabiq prezidenti Yaşar Rüstəmov və Vladimir Miloeviç adlı şəxs naməlum şəxslərin hücumuna məruz qalıblar. Sfera.azistipress-ə istnadən məlumatına görə, hadisə ötən gün Belqraddakı kafelərdən birində, səhər saat 6 radələrində baş verib. Tərəflər arasında toqquşma nəticəsində Miçoviç başından xəsarət, Yaşar Rüstəmov vətəndaşı isə bud nayihəsindən güllə yarası alıb.

Məlumata görə, əvvəlcə tərəflər arasında mübahisə şəhər kafelərin birində yaranıb, sonra isə kafedə davam edib. Bu zaman təkcə yumruqlar deyil, silah da işə düşüb. Bundan sonra atəş açan və hücum edən şəxslər hadisə yerindən qaçıblar. Sonra kafeyə dərhal təcili yardım çağırılıb.

Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə "Neftçi"də oynayıb. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.

----------

15:22

 

"Neftçi"nin sabiq qapıçısı Vladimir Miçoviç, Yaşar Ustanov adlı 48 yaşlı Azərbaycan vətəndaşı və Vladislas Miloeviç adlı serb hücuma məruz qalıb.

Sfera.az fanat.az-a istinadan xəbər verir ki, hadisə ötən gün Belqraddakı kafelərdən birində baş verib.

Səhər saat 06.00 radələrində tərəflər arasında mübahisə yaranıb. Daha sonra isə onlar dava ediblər. Nəticədə Miçoviç başından xəsarət alıb. Azərbaycan vətəndaşı isə ayağından güllələnib.

Sabiq futbolçu və Azərbaycan vətəndaşına xəsarət yetirənlər olay yerindən qaçıblar. Kafeyə təcili yardım çağırılıb, polis araşdırmaya başlayıb.

Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə "Neftçi"də çıxış edib. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.

 






OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...