Növbəti prezident seçkilərində namizədliyimi irəli sürməyəcəm - Lukaşenko

Növbəti prezident seçkilərində namizədliyimi irəli sürməyəcəm - <span style="color:#ff0000">Lukaşenko</span>
Kateqoriya məlum deyil08.08.25, 13:010 👁️
T

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırmır.

 

Sfera.az xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində bildirib.

 

"Xeyr, mən artıq bunu planlaşdırmıram", - A.Lukaşenko müvafiq suala cavab verib.

 

O, həmçinin kiçik oğlu Nikolayı prezident vəzifəsində varisi kimi görmədiyini qeyd edib.

 

"Xeyr, o varis deyil... Bu sualla onu çox incidə bilərsən", - A.Lukaşenko bildirib.

 

O, Belarusun növbəti prezidentinin bir qədər fərqli siyasət yürüdəcək bir şəxs ola biləcəyini mümkün hesab edib. Lakin ümid edir ki, varisi ölkənin təkamül yolu ilə inkişafını davam etdirəcək.

PAYLAŞ
Sehliyali
Yüklənir...