"Bəzi bələdiyyə sədrləri özlərini idarə rəisi kimi aparırlar" - Deputat
Cəmiyyət
14:34 / 14.02.2017
1144
Bəzi bələdiyyə sədrləri özlərini idarə rəisi kimi aparır.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün bələdiyyələr haqqında illik hesabatın müzakirəsi zamanı deyib.
Q.Paşayeva bildirib ki, bəzi bələdiyyə sədrləri öz vəzifələrini bilmirlər, bu qədər vaxt keçməsinə baxmayaraq hələ də bələdiyyə institutunun mahiyyətini dərk etmirlər.
Q.Paşayeva qeyd edib ki, həmin bələdiyyə sədrlərinə bələdiyyənin mahiyyətini izah etməyə ehtiyac var.