Formula 1 biletləri yeni qiymətə təklif olunur

Formula 1 biletləri yeni qiymətə təklif olunur

Bakı Şəhər Halqası Sevgililər Günü münasibətilə yeni kampaniyaya start verib.

Sfera.az bildirir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, "Birini alana, o biri yarı qiymətə" şüarı altında keçirilən kampaniya çərçivəsində azarkeşlərə 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri yeni qiymətə təklif olunur və bu əlamətdar günlə əlaqədar olaraq Formula 1 həvəskarlarını yeni hədiyyələr gözləyir.

Bildirilir ki, bu yay Bakıda baş tutacaq 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün 4 günlük biletlərdən birini alan yarış həvəskarları ikinci bileti yarı qiymətə əldə edə biləcəklər. Kampaniya fevralın 28-dək davam edəcək və bu tarixdən sonra biletlər tam qiymətlərlə satışda olacaq. Kampaniya sadəcə tribuna üçün olan 4 günlük biletlərə aiddir (əsas tribuna olan Abşeron tribunası xaric olmaqla) və "Azyaşlı" biletləri və ya birgünlük biletlərə tətbiq olunmayacaq. Bu biletləri əldə edənlər 2017 Formula Azərbaycan Qran Prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda cümə axşamı günü, 22 iyun tarixində olacaq Pit Yolu Yürüşündə də iştirak edə biləcəklər. Qeyd edək ki, kampaniya çərçivəsində ikinci biletə təklif olunan 50 %-lik endirim alınan biletlərdən qiyməti ən az olana tətbiq olunacaq.

Bundan başqa, əməliyyat şirkəti kampaniya çərçivəsində 14 fevral tarixində onlayn bilet alanlar arasında lotereya çəkilişi edəcək. Çəkilişə əsasən "Sevgililər Günü" kampaniyası ilə əlaqədar olaraq bilet alan hər 14 nəfərdən biri seçiləcək və ilk beş alıcı (14, 28, 42, 56 və 70-ci alıcılar) hədiyyələrlə mükafatlandırılacaq. Hədiyyə paketinə iki nəfər üçün 4 ulduzlu oteldə 4 gün gecələmək, alınan biletlərə əlavə olaraq pulsuz 1 bilet və Bakının möhtəşəm restoranlarından birində ikinəfərlik şam yeməyi daxildir.

 

Qeyd edək ki, Sevgililər Günü kampaniyası bu gündən etibarən keçərlidir və biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycurcuit.com/az) əldə edə bilərsiniz.

Bu möhtəşəm kampaniyadan əlavə olaraq, iyun ayında keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif bilet seçimləri, o cümlədən bir və ikigünlük biletlər (qiyməti müvafiq olaraq 70-125 AZN və 180-440 AZN arasında dəyişir və xarici valyuta ilə ödəniş edənlər üçün bu qiymət həmin günün məzənnəsinə görə hesablanacaq), 2-15 yaşlarında olan tamaşaçılar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli "Azyaşlı" biletləri və birgünlük Ayaqüstü Yerlər üçün olan biletlər Formula 1 azarkeşlərinə təklif olunur.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...