Tarixdə bu gün - Milli televiziyamızın yarandığı gün
10:54 / 14.02.2017
1115
Tarixdə bu gün milli televiziyamızın yarandığı gündür.
Milli.Az xəbər verir ki, 1956-cı il fevralın 14-də Bakı televiziya studiyası yayıma başlayıb.
1956-cı il fevralın 14-ü Azərbaycan Televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Bakı studiyası əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb. 2005-ci ilin yanvarından AzTV 24 saatlıq fasiləsiz yayıma keçib.