Bakıda motosiklet ilə avtoxuliqanlıq edən şəxs həbs edilib - VİDEO

Bakıda motosiklet ilə avtoxuliqanlıq edən şəxs həbs edilib - <span style="color:#ff0000">VİDEO</span>
Kateqoriya məlum deyil13.08.25, 08:0815 👁️
T

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər iştirakçılar üçün real təhlükə yaradan motosiklet sürücüsü Seymur Cəfərov saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə DYP-nin mətbuat xidməti tərəfindən məlumat yayımlanıb.


Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.


Məhkəmənin qərarı ilə S.Cəfərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb, o, həmçinin 20 gün inzibati həbs cəzası alıb.


Bəsti Rəfizadə
Sfera.z

 

PAYLAŞ
Sehliyali
Yüklənir...