Daha bir ölkəyə vizasız gedəcəyik
19:51 / 13.02.2017
1271
Azərbaycan və Latviya arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.
Trend-in məlumatına görə, sənəd Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin Azərbaycana səfəri çərçivəsində imzalanıb.
Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və latviyalı həmkarı E.Rinkeviçs imzalayıblar.