Daha 12 dini icmaya maliyyə yardımı ayırılıb - FOTO

Daha 12 dini icmaya maliyyə yardımı ayırılıb - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.

Sfera.az bildirir ki, Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmizdə müstəqillik illərində sağlam zəmində dövlət-din münasibətləri qurulub və dinə dövlət qayğısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətinə toxunan S. Salahlı milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb.

Komitə sədrinin birinci müavini, eyni zamanda, dini icma sədrlərinə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi, radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

 

Maliyyə yardımı ayrılan Ağsu rayon Çiyni kənd məscidi dini icması "İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi", Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması "İslamda həmrəylik və sülh çağırışları", Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbə məscidi dini icması "Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti", Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza" məscidi dini icması "Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin rolu", Lənkəran rayonu Cil kəndi "Hüseyniyyə" məscidi dini icması "İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi", Kürdəmir şəhər (1) məscidi dini icması "İslamda həmrəylik şüuru", Sumqayıt Şəhəri, Sumqayıt stansiyası yaşayış massivi məscidi "Vəhdət" dini icması "İslam həmrəyliyi - dini vəhdətə çağırış", Quba rayonu Xucbala kənd məscidi dini icması "İslam həmrəylik, bərabərlik dinidir", Neftçala rayonu Xolqarabucaq kəndi "İmam Hüseyn" məscidi dini icması "Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri", Ağcabədi rayonu Salmanbəyli kəndi "Heydər" məscidi dini icması" islam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı", Sabirabad rayonu Əsgərbəyli kəndi "İmam Əli" adına məscidin dini icması "Milli-mənəvi dəyərlərimiz və müasirlik", Daşkəsən şəhəri "Cümə" məscidi dini icması" Azərbaycan tolerantlığın məskənidir" layihələrini həyata keçirəcəklər.

Qeyd edək ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq DQİDK tərəfindən 168 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 149-u isə islam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.​


OXŞAR XƏBƏRLƏR

Davranışlar gələcək nəsillərə ötürülə bilir - YENİ TƏDQİQAT

Elm adamları epigenetika sahəsində apardıqları son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.    Sfera.az xəbər verir ki, insanın qidalanma ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. &nb...

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəs...

Türkiyənin hava məkanında REKORD GÖSTƏRİCİ

İyulun 13-də Türkiyə üzərindən 1745 tranzit uçuş baş tutub ki, bu da indiyədək qeydə alınmış rekord göstəricidir.     Sfera.az xəbər verir...

Renat Dadaşovun yeni komandası bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.   Sfera.az xəbər verir ki, hücumçu Polşanın "Motor ...

Şəxsi məlumatları ələ keçirən dələduz həbs edildi - DİN

Vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs...