Çay tərsinə axdı, şəlalə yerə tökülmək əvəzinə, göyə istiqamətləndi - VİDEO

Çay tərsinə axdı, şəlalə yerə tökülmək əvəzinə, göyə istiqamətləndi -  VİDEO
Dünya tərsinə getməsə də,  Böyük Britaniyada davam edən əlverişsiz hava şəraiti buna bənzər mənzərə yaradıb. Şotlandiyada bir şəlalənin göyə axması sakinlərdə böyük maraq oyadıb. Həvəskar kameradan lentə alınan kadrlar mediada da xəbər başlığına çevrilib.
Çayın tərsinə axmasına, şəlalənin də yuxarı istiamətlənməsinə səbəb  güclü küləklərdir.  Sakinlər bu qeyri-adi mənzərəni görmək üçün Pik Distrikt bölgəsinə axın etsə də, əlaqədar qurumlar əlverişsiz havanın səbəb ola biləcəyi fəsadlarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Onları evlərini tərk etməməyə səsləyən meteoroloqlar, yağmurlu hava şəraitini ölkənin bir çox bölgəsində daşqına səbəb olacağını proqnozlaşdırıb.
Saatda 80 kilometr sürətlə hərəkət edən küləyin havaya qaldırdığı şəlalə,  britaniyada əlverişsiz hava şəraitinin səbəb olduğu fəsadın cüzi bir hissədidir. Artıq bu ölkədə yaşayış məskənləri suya qərq olub və əlaqədar qurumlar xialsetmə prosesini sürətlə davam etdirir. (atv.az)

OXŞAR XƏBƏRLƏR