Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu
Kateqoriya məlum deyil13.08.25, 08:166 👁️
T

Gürcüstanın Tsalka şəhərindən (Kvemo Kartli bölgəsi) 3 km və Tbilisidən 37 km məsafədə yerli vaxtla saat 10:08-də 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzindən bildirilib.

 

Zəlzələ ocağı 10 km dərinlikdə, episentri isə Kvemo Xaraba kəndindən 1 km məsafədə yerləşib.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

PAYLAŞ
Sehliyali
Yüklənir...