Rusiyanın Azərbaycandakı hərbi attaşesi dəyişib
09:09 / 08.12.2015
1147
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilib, illik əməkdaşlıq planına əsasən müdafiə nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlər, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlər və təlimlər qeyd olunub.
Səfir V. Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu Z. Həsənova təqdim edib.