Türkiyən əhalisinin sayında yeni rekord: 160 min nəfər artıb

Türkiyən əhalisinin sayında yeni rekord: <span style="color:#ff0000">160 min nəfər artıb</span>
Kateqoriya məlum deyil13.08.25, 08:2136 👁️
T

1 iyul 2025-ci il tarixinə Türkiyənin əhalisinin sayı 85 824 854 nəfər olub. İlin 6 ayında ölkə əhalisinin sayı 159 min 910 nəfər artıb.

 

Sfera.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2025-ci ilin ilk altı ayında əhalinin sayı 85 milyon 664 min 944 nəfərdən 85 milyon 824 min 854 nəfərə yüksəlib.

 

1 iyul 2025-ci il tarixinə əhalinin 42 milyon 923 min 584 nəfəri kişi, 42 milyon 901 min 270 nəfəri qadın olub. Ümumi əhalinin 50 faizini kişilər, 50 faizini isə qadınlar təşkil edirdi.

 

Yaş qrupu üzrə ən çox əhali 6 592 865 nəfər olmaqla 25-29 yaş qrupunda olub. Bunu 6 milyon 475 min 690 nəfərlə 10-14 yaş qrupu, 6 milyon 468 min 345 nəfərlə 40-44 yaş qrupu izlədi. Ən kiçik əhali 251 181 nəfərlə 90 və daha yuxarı yaş qrupunda olub.

 

Uşaq əhalisinin nisbəti 20,6% təşkil edib.

 

Yaşlı əhalinin (65 yaş və yuxarı) ümumi sayı 9 437 383 nəfər təşkil edib. Bu qrup ümumi əhalinin təxminən 11%-ni təşkil edirdi. Ən böyük ahıl qrupu 3 milyon 433 min 527 nəfərlə 65-69 yaş qrupunda, ən kiçiyi isə 251 min 181 nəfərlə 90 və yuxarı yaşdadır.

 

Altay

PAYLAŞ
Sehliyali
Yüklənir...