"Reina" terrorçusunun son istəyi: "Edam edilsəm, yaxşı olar"

İstanbulda Yeni il gecəsi "Reina" klubunda qətliam törədən Abdulqadir Maşaripov məhkəmədə ifadə verib.

Sfera.az "Milliyet"ə istinadla bildirir ki, o, ifadəsində edam olunması barədə qərar çıxarılmasını istəyib.

Abdulqadir Maşaripov ifadəsində deyib:

"Məqsədim xristianları öldürmək idi. Taksimdə terror törətməyimi Suriyada yaşayan Əbu Cihad adlı şəxs istəyib. Mən silahlardan istifadə etməyi Əfqanıstanda öyrənmişəm. 

Hadisənin baş verdiyi gün, saat 21:00-da kəşfiyyat üçün "Reina"ya getdim. Əvvəllər "Reina"da olmamışdım. Əbu Cidahla danışanda ona söylədim ki, bunu 31 dekabrdan başqa vaxt edə bilmərəm.

 

Qapının qarşısına qədər getdim. Polis də yox idi, mühafizəçilər də. Silahları götürmək üçün Zeytinburnuna qayıtdım. Silahları götürüb, yenidən "Reina"ya qayıtdım. Mən içəri girmək istəyəndə polis məni gördü və atəş açdı. Sonra polisi vurdum və içəri girdim. Birinci dəfə gələndə polis görsəydim, planım dəyişəcəkdi. "Kalaşnikov"la insanlara atəş açdım. Mərmilər bitəndə əsir düşməmək üçün əlimdəki "flashbang"la özümü partlatmaq istədim. Lakin ölmədim. Sağ qaldım. Oraya ölmək üçün girmişdim. Edam edilsəm, yaxşı olar".

Abdulqadir Maşaripov məhkəmənin qərarı ilə həbs edilib.


OXŞAR XƏBƏRLƏR