Məşhur aparıcı da prezident üsul idarəsinə "Yox" dedi
Dünya
22:26 / 12.02.2017
2273
Türkiyənin "Kanal D" telekanalında yayımlanan "İrfan Değirmenci ile Günaydın" verilişinin aparıcısı İrfan Değirmencinin işindən qovulmasından sonra Türkiyə mediasında istefalar və sərt tənqidlər başlayıb. Sfera.az xəbər verir ki, uzun illərdir ekranlarda olan veriliş çətin vəziyyətə düşüb. Aparıcının prezident üsul idarəsinə "Yox" dediyinə görə işdən çıxarılmasından sonra, verilişi hazırlayan Ertuğrul Albayrak və kollektivi də bu gün istefa verib.
Bunun ardınca Fox tv-də xəbərlər proqramının məşhur aparıcısı Fatih Portakal da öz twitter hesabında prezident üsul idarəsinə "Yox" dediyini açıqlayıb.