39 nəfərin qatili olan "Reina" terrorçusu ilə bağlı son qərar verildi

39 nəfərin qatili olan
Yeni il gecəsi İstanbulda "Reina" gecə klubunda qətliam törədən özbək əsilli terrorçu Əbdülqədir Mşaripov ədliyyəyə sövq olunub.

Yanvarın 15-də Esenyurtda gizləndiyi evdə saxlanılan terrorçunun İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsindəki sorğusu yekunlaşdırılaraq o, bu gün İstanbul Çağlayan Ədliyyəsinə aparılıb.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə "Reina" gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.

Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov İstanbulun Esenyurt vilayətində İŞİD hücrəsinə edilən hücum nəticəsində 4 nəfərlə birlikdə saxlanılıb.(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR