Rus bölməsinin abituriyentlərinə – ŞAD XƏBƏR-Video

Rus bölməsinin abituriyentlərinə – ŞAD XƏBƏR-Video
Ali təhsil müəssisələrinə qəbul qaydalarında daha bir dəyişiklik edilib.
 

Yeni təsdiqlənən qaydalar rus bölmələrinin abituriyentlərinə aiddir.

İndiyə qədər mövcud olan qaydalara əsasən rus bölməsini bitirən abituriyentlər qəbul imtahanlarından əvvəl hökmən Azərbaycan dilindən imtahan verməli məqbul aldıqları təqdirdə imtahana buraxılırlar. Onlar qəbul imtahanından kəsildikləri halda növbəti il yenə əvvəlcə Azərbaycan dilindən imtahan verməli idilər. yeni dəyişiklikdən sonra isə bu tələb ləğv olunur. Yəni Azərbaycan dili imtahanından bir dəfə məqbul qiyməti almış abituriyentlərdən növbəti il qəbul imtahanında iştirak edə bilər.

Yəni bir dəfə Azərbaycan dilindən alınan imtahanın nəticəsi iki il qüvvədə olur. Əgər iki il dövlət imtahanından keçə bilməyən abuturiyent 3-cü ildə yenidən həm də Azərbaycan dilindən imtahan verməlidir. Təhsil eksperti Rəsul Ağayev hesab edir ki, bu addım rus bölməsi abituriyentlərini əlavə fənnə hazırlıqdan azad edəcək və onların qəbul imtahanı nəticəsinə də müsbət təsirini göstərəcək.

Ekspert qeyd edir ki, dünya təcrübəsində də belə imtahanların nəticələrinin bir neçə il qüvvədə qalmasından istifadə edilir.


OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək - Mikayıl Cabbarov

“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.   Sfera.az APA-ya istinadən xəbər verir...

Ermənistan-Amerika birgə hərbi təlimlərə başlayır - Tarix açıqlandı

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.   Sfera.az Report-a istina...

ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır - Tramp

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır”.   Sfera.az xəbər verir ki, bunu “Fox News” telekanalının efirində ABŞ Prezidenti...

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür etdi

Suriyanın Energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətind...

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorol...

Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 26 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu b...