Sabah Almaniya prezidentini seçəcək
Almaniya bazar günü yeni prezidentini seçəcək. Prezident seçkisində Federal Məclisdə olan 630 millət vəkili və o qədər də 16 əyalət məclisinin göndərdiyi nümayəndə səs verəcək.
Xatırladaq ki, səsvermədə prezidentliyə 5 namizəd yarışacaq. Bunlar SPD-nin namizədi keçmiş Xarici işlər naziri Frank Valter Steinmeier (61), Sol Partiyanın namizədi Christoph Butterwegge (66), AFD-nin namizədi Albrecht Glaser (75) və Bavyera Azad Seçicilərin namizədi Aleksandr Holddur (54). Artıq cümə günü Piratlar Partiyası da seçkidə öz namizədi ilə iştirak edəcəyini bildirib. Partiyanın üzvü komediya aktyoru Martin Sonneborn "mənim atam sizin də atanızdır” deyərək atası 79 yaşındakı Engelbert Sonnebornun prezidentliyə namizəd olduğunu bildirib.
İlk turda prezident seçilmək üçün nümayəndələrin yarısından bir səs artığı, yəni 631 səs yetərli sayılır. Səsvermədə Steinmeieri dəstəkləyən CDU-nun 428, SPD-nin 384, CSU-nun isə 111 nümayəndəsi səs verəcək. Çox böyük bir sürpriz olmazsa, Steinmeierin ilk turda lazımi səsləri toplayacağı gözlənilir. Prezident seçkisində səs haqqı olanlar arasında 22 Türk mənşəli nümayəndə var./qaynarinfo.az/