Rusiya qırıcısının səhvi, yoxsa "yanlış koordinasiya"? - Türkiyədən CAVAB

Rusiya qırıcısının səhvi, yoxsa

Türkiyə Silahlı Qüvvələri (SQ) ötən gün Suriyada Rusiya qırıcısının türk hərbçilərin ölümü ilə nəticələnən zərbəsinin "yanlış koordinasiya" ilə əlaqələndirilməsinə münasibət bildirib.

Sfera.az Trend-ə istinadən məlumatına görə, Türkiyə SQ Baş Qərargahının bəyanatında bildirilir ki, aviazərbə nəticəsində həlak olan türk hərbçilər 10 gündür eyni nöqtədə idilər:

"Türkiyə SQ-nin üzvlərinin olduğu nöqtənin koordinatları son dəfə fevralın 8-i, saat 23:11-də Hmeymimdəki Əməliyyat Mərkəzində müvafiq heyətə təkrar ötürülüb".

 

Qeyd edək ki, ötən gün Suriyada Rusiya qırıcısı türk hərbçilərin olduğu binanı atəşə tutub. Nəticədə Türkiyənin 3 hərbçisi ölüb, 11-i yaralanıb.

Rusiya tərəfi bunu "yanlış koordinat" verilməsi ilə əlaqələndirirdi.


OXŞAR XƏBƏRLƏR