“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəlik poliomielit xəstəliyidir”.

 

Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova media nümayəndələri ilə görüşdə deyib.
 

O bildirib ki, 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur: “Həmçinin iki xərçəng növünə qarşı peyvənd mövcuddur. Bunlar qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi ilə bağlı peyvəndlərdir.

 

Qeyd edim ki, 2020-2030-cu illər üçün 98 ölkədə 10 patogenə qarşı immunizasiya proqramının 32 milyon həyatı xilas edəcəyi proqnozlaşdırılıb. Onların 88%-ni 5 yaşa qədər uşaqlar təşkil edəcək. Həmçinin bildirməliyəm ki, dünyada immunizasiya sayəsində difteriya, tetanus, göyöskürək, qrip və qızılca kimi xəstəliklərdən hər il 5 milyona qədər ölümün qarşısı alınır.


Peyvəndlər çox təhlükəsiz və effektivdir. Bir neçə peyvəndi eyni gündə vurmaq olar”. (Qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbindən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...