Makron Azərbaycanla bağlı açıqlama verdi : Fransa nə istəyir?

Makron Azərbaycanla bağlı açıqlama verdi : Fransa nə istəyir?

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bilər.

 

Fransa artıq Azərbaycana qarşı mövqeyini dəyişibmi? Həqiqətən də sülhdə maraqlıdırmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqazdakı geosiyasi proseslərlə bağlı açıqlamalarında bölgə üçün ciddi əhəmiyyət kəsb etmədiyini deyib. 

 

 

Onun sözlərinə görə, eyni zamanda, Makronun siyasi davranışının ikiüzlü xarakter daşıdığı da məlumdur:


 “Fransa tamamilə ermənipərəst mövqe tutur və Makron da bu xətti davam etdirir. Məhz buna görə də rəsmi Bakı Fransanı Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarından tamamilə kənarlaşdırıb və bu mövqeyində prinsipiallıq nümayiş etdirir. Ümumilikdə, Cənubi Qafqazda sülh prosesi Fransanın iştirakı olmadan daha sağlam məcraya yönəlib. Əgər Fransa doğrudan da bölgədə sabitlik arzulayırsa, bu proseslərə qarışmamalıdır. Çünki Fransanın müdaxiləsi xeyirdən çox zərər gətirə bilər. Bu baxımdan, Fransa üçün kənardan müşahidəçi qalmaq daha düzgün addım olardı. Lakin Makronun xarakteri elədir ki, dünyanın istənilən nöqtəsində baş verən hadisələrə müdaxilə etmək və orada iştirakçı olmaq istəyir”.

 

Politoloq hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyini və bu prosesin sürətlənməsində ABŞ-nin konstruktiv yanaşmasının mühüm rol oynadığını qeyd edib. 

 

O bildirib ki, Fransa bu prosesə qoşulmaq üçün müxtəlif cəhdlər göstərir:

 

“Ancaq əminliklə demək olar ki, rəsmi Bakı Fransaya belə bir fürsət tanımayacaq və Parisin regional sülh prosesində iştirak perspektivi yoxdur. Eyni zamanda, Fransanın Azərbaycana qarşı münasibətinin dəyişəcəyi də gözlənilmir. Hazırda sadəcə mövcud situasiyaya uyğun şəkildə Makron özünü sülhpərvər kimi göstərməyə çalışır. Halbuki onun siyasi ikiüzlülüyü və Fransanın ermənipərəst mövqeyi rəsmi Bakıya yaxşı məlumdur. Buna görə də Fransa siyasi dairələrinin regional sülh prosesinə real təsir imkanları yoxdur”.

 

Fidan Hacızadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbindən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...