Ərindən boşanan Nigar: "Həyat yoldaşımla kitabımız çoxdan bağlanıb"

Ərindən boşanan Nigar:
"Eurovision 2011” qalibi Nigar Camal "Klip+” verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, sənətçi şəxsi həyatından söz açıb:

"Əvvəl şəxsi həyatımı gizlədirdim. Azərbaycan dilində çox da yaxşı danışa bilmirdim. İndi bir az düzəlib. Şəxsi həyatımdan danışıb, üstə çıxarmağı düzgün hesab etmirəm. Bəzən insanlar bu haqda danışmağı xoşlayır, özlərini reklam edirlər. Bu onların biləcəyi işdir. Mən isə nə gizli saxlamağın, nə də çox açıb danışmağın tərəfdarıyam”.

Müğənni həyat yoldaşından ayrılmasının səbəbini açıqlayıb. "Nigar Camal ikinci dəfə ərə gedər" sualına belə cavab verib:

"Son 2 ildir ki, həyatımda sevgi yoxdur. Bəzən insanlar deyir ki, ola bilməz ki, sən təksən? Tək olanda mən özümü daha yaxşı hiss edirəm. Həyat yoldaşımla kitabımız çoxdan bağlanıb. Keçmiş ailədən danışmağı sevmirəm. Onu deyə bilərəm ki, xoşbəxt qadın heç vaxt boşanmaz. Mənim üçün indi xoşbəxtlik ailəmin – qızlarımın, valideynlərimin yanımda olmasıdır. Ola bilər. Həyat elədir ki, heç kim gəlcəyi bilmir. İndi uşaqlarımın gələcəyini düşünürəm".

N.Camal Türkiyə şou-biznesindən də söz açıb:

"Türkiyə şou-biznesi mənə maraqlı gəldi. Real şou-biznes orada var, müğənnilərə böyük hörmət var. Təəssüf ki, bizdə belə şey yoxdur. "X factor”un münsifi olandan sonra təklif gəldi, razılaşdım. Amma başqa millət olanda orada tanınmaq çətindir. Gördüm ki, çox pul itirəcəm. Orada klip çəkdirib, mahnı yazdırmaq bizdəkindən min dəfə bahadır. Mənim Dima Bilanla olan işim də yarımçıq qaldı. Rusiya şou-biznesi mənə maraqlı gəlmədi. Çalışacam ki, öz vətənimdə yerimi tutum”.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...