Şəxsiyyət vəsiqəsinin forması dəyişir - RƏSMİ

Şəxsiyyət vəsiqəsinin forması dəyişir - RƏSMİ

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

 

Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.

 

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranmışdır. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

 

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

 

Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.

 

Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

 

Beləliklə təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

 

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...