Demokrat.az mükafatlandırıldı — FOTOLAR

Demokrat.az mükafatlandırıldı — FOTOLAR

Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatçılığı ilə ənənəvi “Foto Kadr 2024” mükafatlandırma mərasimi keçirilib.
 

Tədbiri giriş sözü ilə açan “Gilavar Foto Klubu” ictimai birliyinin İdarə Heyətinin sədri Rəşad Mehdiyev qeyd edib ki, əsas məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Bu məqsədə çatmaq üçün Birlik tərəfindən hər il müxtəlif layihələr, fotomüsabiqələr, fotosərgilər, ustad dərsləri təşkil edilir.



 

Diqqətə çatdırılıb ki, 2024-cü ildə fotoqraflarımız Azərbaycanın adına 107 beynəlxalq mükafat qazandırıblar. Bildirilib ki, hazırda ölkəmizdə 10-dan artıq beynəlxalq statusa malik fotoqraflarımız var.
 

Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən, eləcə də digər beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqraflara, medallar, xüsusi lentlər və diplomlar, Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanan həmyerlilərimizə isə sertifikatlar və döş nişanları təqdim olunub. Mükafat alanlar arasında peşəkar fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, İlqar Cəfərov, Roman İsmayılov, Nurlan Tahirli, Valeriy Xlızov, Nadejda Cavadova, Famil Mahmudbəyli, Aleksandr Firstov, Zaur Mustafayev və Naib Əhmədov var.
 

Bundan əlavə, Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə Demokrat.az və Baku.news xəbər saytları Gilavar Foto Klubu tərəfindən plaketlə təltif edilib.





































 


OXŞAR XƏBƏRLƏR

Marketlərdəki dondurmalar keyfiyyətlidir? - AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş isteh...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...