Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq

Bu gün Zaqatalada 16 abonentin qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala xidmət sahəsinin ərazisində Kebeloba kəndində Qədirov Rəcəb İdris oğluna məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin vətəndaşın öz vəsaiti hesabına yerinin dəyişdirilməsi və həmin ərazidə yerləşən d-50 mm-lik ventildə aşkarlanan qaz sızmasının aradan qaldırılması məqsədi ilə bu gün saat 10:00-dan işlər yekunlaşanadək cəmi 16 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

 

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.
 


OXŞAR XƏBƏRLƏR