Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.

 

Sfera.az xəbər verir ki, 1958-ci il təvəllüdlü şəhər sakini Şəfaət Musayev bu gün səhər saatlarında Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində dünyasını dəyişib. O, hadisə zamanı aldığı ağır yanıq xəsarətləri səbəbindən paytaxta təxliyə olunmuşdu.

 

Xatırladaq ki, hadisə iyulun 4-də Gəncənin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Partlayışla müşayiət olunan yanğın zamanı ev sahibi - Ş.Musayev ciddi yanıq xəsarətləri alaraq əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilmiş, daha sonra isə vəziyyətinin ağır olması səbəbi ilə Bakıya aparılmışdı.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

İmişlidə ağır qəza - Üç nəfə dünyasını dəyişdi

İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.   Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saat 12:00 radələrində baş verib.   ...

Krımda partlayışlar: Kerç körpüsü bağlandı

Krımda baş verən bir sıra partlayışlar səbəbilə Kerç körpüsü müvəqqəti olaraq bağlanıb. Hadisə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gərgin məqaml...

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək - Mikayıl Cabbarov

“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.   Sfera.az APA-ya istinadən xəbər verir...

Ermənistan-Amerika birgə hərbi təlimlərə başlayır - Tarix açıqlandı

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.   Sfera.az Sözcü-yə&n...

ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır - Tramp

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır”.   Sfera.az xəbər verir ki, bunu “Fox News” telekanalının efirində ABŞ Prezidenti...

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür etdi

Suriyanın Energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətind...