AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi

AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi

Bu gün "Azərbaycanda Yoxsulluğun Azaldılmasına Dəstək" İctimai Birliyi (AYAK İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Mingəçevirdə, Gənclər Evinin konfrans zalında "Vüqar İsmayılovun həyat yolu" adlı videoçarxın təqdimatını reallaşdırıb. 

 

Sfera.az xəbər verir ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində reallaşan layihə Mingəçevir şəhidi, 44 günlük Zəfər savaşı zamanı qəhrəmancasına döyüşən və həyatını itirən Vüqar İsmayılova həsr edilib. 

 

Tədbiri giriş sözü ilə açan videoçarxın ideya müəllifi, AYAK İB-nin təsisçisi və İH üzvü Zahir Rəhimov göstərdiyi dəstəkdən dolayı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib və bu mövzuda bir neçə layihə reallaşdırdıqlarını qeyd edib. 

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev isə çıxış edərək şəhər rəhbərliyinin salamlarını çatdırdı və Şəhid ailələrinin hər zaman diqqətdə saxlanılmasının vacibliyini vurğuladı.

 

Sonra Şəhid Vüqar İsmayılova həsr edilmiş videoçarxın təqdimatı keçirildi. 

 

Tanınmış telejurnalist, aparıcı İnqilab Şirinli çıxışında bu və bu kimi videoçarxların orta məktəblərdə təqdim olunmasının vacibliyini vurğuladı.

 

Təqdimatdan sonra Şəhid Vüqar İsmayılovun atası Eldar İsmayılov çıxış edərək göstərilən diqqətdən dolayı əziyyəti keçən hər kəsə təşəkkür etdi. 

 

Sonda iştirakçılara videoçarxın diskləri paylanıldı.

 


   


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...