Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşdü

Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşdü

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quluyev minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


OXŞAR XƏBƏRLƏR