Bakıda səkiyə çıxan maşın ana və qızını vurdu – Ölən var - VİDEO

Bakıda səkiyə çıxan maşın ana və qızını vurdu – Ölən var - VİDEO

Paytaxtın Qaradağ rayonunda ağır qəza baş verib.
 

Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a bildirilib ki, hadisə bu gün saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində - magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.


1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.
 

Qəza nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib.
 

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

 

Hadisə yerindən görüntüləri təqdim edirik:





 


OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək - Mikayıl Cabbarov

“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.   Sfera.az APA-ya istinadən xəbər verir...

Ermənistan-Amerika birgə hərbi təlimlərə başlayır - Tarix açıqlandı

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.   Sfera.az Report-a istina...

ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır - Tramp

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır”.   Sfera.az xəbər verir ki, bunu “Fox News” telekanalının efirində ABŞ Prezidenti...

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür etdi

Suriyanın Energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətind...

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorol...

Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 26 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu b...