"Kara sevda"da çoxlarının diqqət yetirmədiyi gizli mesaj - VİDEO
Maqazin
15:09 / 09.02.2017
1143
Türkiyənin ən çox baxılan ikinci serialı "Kara sevda"nın ötən gün yayımlanan seriyasında çoxlarının diqqət yetirmədiyi gizli mesaj verilib.
Milli.Az "Haberler"ə istinadla bildirir ki, ekran işinin dünən yayımlanan seriyasında Türkiyədə keçiriləcək referendumla bağlı mesaj verilib. Belə ki, ekran işinin son səhnəsində Kemal obrazı ilə Emir obrazı arasında "hə" - "yox" dialoqu gecəyə damğa vurub. Rejissorun referendumla bağlı mesajı hazırda sosial şəbəkələrdə trend olub.
Qeyd edək ki, bu ilin aprel ayında Türkiyədə yeni konstitusiya üzrə referendum keçirilməsi nəzərdə tutulur.