Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdiyinin bariz nümunəsidir. Bu səfər iki ölkə arasında rəsmi müttəfiqlik statusunun real iqtisadi, siyasi və mədəni layihələrlə gücləndirildiyi tarixi mərhələ oldu. İki ölkə arasında münasibətlər artıq sadəcə dostluq və tərəfdaşlıq deyil, strateji müttəfiqlik səviyyəsindədir. 2024-cü ildə Daşkənddə imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu əməkdaşlığın hüquqi təməlini formalaşdırıb. Müqavilə, beynəlxalq arenada qarşılıqlı dəstəyi, regional sabitliyə töhfəni və daha sıx iqtisadi inteqrasiyanı nəzərdə tutur. Səfər çərçivəsində Dövlətlərarası Şuranın iclası keçirildi və burada sahə nazirlərinin iştirakı ilə ticarət, kənd təsərrüfatı, enerji, turizm, logistika və investisiya sahələri üzrə praktiki planlar təqdim olundu. Birgə İnvestisiya Fondunun 500 milyon dollar kapitalı ilə 10-dan çox layihəyə start verilməsi regional inkişaf baxımından əlamətdar hadisədir. Orta Dəhliz layihəsi Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə Avropaya birləşdirən nəqliyyat layihəsidir. Özbəkistan və Azərbaycanın logistika sahəsindəki kordinasiyası, dəhlizin şaxələndirilmiş marşrutları üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın infrastruktur potensialı isə regionda yük axınının idarəsində əsas rol oynayır.

Özbəkistan Qarabağ bölgəsinin bərpasında təşəbbüskar ölkə kimi tarixə düşdü. Füzulidə inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan məktəb, həmçinin Xankəndidəki tikiş fabriki sosial infrastrukturun dirçəlişi baxımından strateji əhəmiyyətə malikdir. Bu təşəbbüslər, yalnız humanitar deyil, həm də iqtisadi və məşğulluq baxımından real fayda yaradır. Özbəkistanın pambıqçılıq və ipəkçilik sahəsindəki təcrübəsi Azərbaycanda tətbiq olunmaq üzrədir. Hər iki ölkədə kənd təsərrüfatı məhsullarının emalı, aqrar sənayenin inkişafı üzrə yeni layihələrin icrası planlaşdırılır. Bu, ərzaq təhlükəsizliyi və ixrac potensialının artımı baxımından vacibdir.

Prezidentlər Bakıda “Ağ şəhər” layihəsinin mərkəzində yerləşən “Özbəkistan” parkının təməlini qoydular. Bu mədəni layihələr yalnız diplomatik münasibətləri deyil, xalqlar arasında mədəni yaxınlığı da əks etdirir. Parkın turistik və sosial məkana çevrilməsi, Bakının simasında Orta Asiya mədəniyyətinin daimi izlərini yaradacaq.

Azərbaycan və Özbəkistan arasında münasibətlər təkcə siyasi və iqtisadi deyil, həm də dərin tarixi və mədəni köklərə söykənən bir müttəfiqlik nümunəsidir. Rəsmi bəyanatlar və icra olunan layihələr göstərir ki, bu əməkdaşlıq bölgə üçün sabitlik, inkişaf və inteqrasiya imkanlarını artırır. Əminliklə demək olar ki, Azərbaycan–Özbəkistan münasibətləri gələcəkdə də regional siyasətdə və iqtisadiyyatda aparıcı və müəyyənedici rol oynamaqda davam edəcək.

Vasif Qafarov

Milli Məclisin deputatı

OXŞAR XƏBƏRLƏR

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az xəbər verir ki, növbəti ...

Rusiyada 8 bal gücündə zəlzələ oldu - Ölkələrdə sunami təhlükəsi elan edildi

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.   Bildirilib ki, ...

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...