Çinin Jiaxing şəhərində sosial mediada manşetlərə çevrilən bir ad var. Şəhərin ən yaraşıqlı adamı kimi tanınan Xiao Ching Li paylaşdığı videolarla həm yerli əhalinin, həm də internet istifadəçilərinin diqqətini çəkir.
Sfera.az sizi Xiao Ching Li ilə tanış edir. O, yaşadığı şəhərin ən yaraşıqlı kişisi kimi tanınır.
Çin və K-pop mədəniyyətindəki gözəllik anlayışlarına öyrəşmiş olsaq da, Li-nin bu vəziyyəti tamamilə alt-üst etdiyini söyləmək mübaliğə olmaz.
Ətrafındakılar tərəfindən gözəl gözlərə, baxımlı görünüşə və yaraşıqlı olaraq xarakterizə edilən Xiao, təbii ki, sosial mediada paylaşımlar etməyi də unutmur.
Şəhər əhalisi ona heyrandır.
O, həm də şəhərin ulduzu kimi tanınır. Müxtəlif videoları və paylaşımları sayəsində böyük sosial media izləyiciləri qazanaraq, məmləkətindən kənarda da məşhur olub.
“TikTok” və digər sosial media platformalarında hər yeni paylaşımı səbirsizliklə gözlənilir.
Doğma şəhərində fenomenə çevrilən bu gənc Çinin kiçik bir küncündə belə təsirini hiss etdirməyi bacarıb.
Aysel