Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.

 

Sfera.az açıqlamanı təqdim edir:

 

“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 18 iyun tarixli açıqlamasının davamı olaraq bildirir ki, İran İslam Respublikası ilə İsrail Dövləti arasında baş verən 12 günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikası qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalıb.

 

Azərbaycan tərəfinin bütün səviyyələrdə verdiyi açıqlamalara baxmayaraq, Komissiyanın apardığı monitorinqlər zamanı qonşu və dost İran İslam Respublikasının ərazisində və ondan kənarda fəaliyyət göstərən qruplar tərəfindən “Telegram”, “TikTok”, “Facebook”, “X” və “YouTube” kimi platformalarda “münaqişədə Azərbaycanın rolu” ilə bağlı saxta xəbərlər və məlumatlar paylaşılaraq dövlətimizin təhlükəsizliyi və milli maraqları əleyhinə genişmiqyaslı dezinformasiya kampaniyalarının davam etdiyi müəyyən edilib.

 

Kampaniya zamanı İran cəmiyyətinin də hədəf auditoriyası olduğu təsbit edilmiş, ölkə daxilində anti-Azərbaycan sentimentin formalaşdırılması istiqamətində fəaliyyətin aparıldığı müşahidə edilib.

 

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfirinin səsləndirdiyi təxribat xarakterli iddialardan sonra isə İrandakı ermənipərəst dairələrin və şəxslərin, o cümlədən Ermənistana bağlı şəbəkələrin anti-Azərbaycan və qızışdırıcı ritorikasının daha da artdığı diqqətimizi cəlb edib.

 

Eyni zamanda, İranda məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan əsilli qruplaşma üzvlərinin sosial media platformaları vasitəsilə din pərdəsi altında manipulyativ fikirlərdən istifadə etməklə Azərbaycan vətəndaşlarını müxtəlif təxribatlar törətmələri üçün çağırışlar etdikləri aşkar edilib.

 

Komissiyanın hesablamalarına görə, anti-Azərbaycan kampaniyası İrandan qaynaqlanan 270-dən çox profillə, əsasən, Azərbaycan, rus, fars, qismən də ingilis, türk və ərəb dillərində 600-ə yaxın hesabdan aparılır. Bundan əlavə, həmin qrupların yalnız “TikTok” platformasında 215-dən çox aktiv hesabı fəaliyyət göstərir.

 

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür”.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...