Tələbələrə yataqxana xərcləri üçün də kredit verilə bilər

Tələbələrə yataqxana xərcləri üçün də kredit verilə bilər

"Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi üçün kreditlərin verilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, "Maarifçi" Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ""Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı" mövzusunda keçirilən tədbirdə deyib.

R.Mahmudun sözlərinə görə, rayonlardan gələn tələbələrlə ünsiyyət zamanı məlum olur ki, onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur: "Bu məsələyə baxılacaq. Yaxın gələcəkdə onlara hansısa tədqiqat, araşdırma işlərində də kömək edilə bilər".

R.Mahmud deyib ki, bu gün bakalavr səviyyəsi üzrə kreditlər verilir: "Amma digər təhsil dərəcələrinə görə kreditlərin verilməsi də mümkün olacaq. Təbii ki, strateji planlara görə, hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər".

 

R.Mahmud qeyd edib ki, kreditin verilməsi üçün fond tərəfindən iki pilləli seçim meyarları müəyyənləşdirilib: "Ümumi tələblər və hər bir sessiya üçün xüsusi tələblər müəyyən olunur. Kredit alan tələbə Azərbaycan vətəndaşı, tərəfdaş universitetlərin tələbələri olmalı, akademik borcu olmamalıdır. Fond öz maliyyə risklərini də qiymətləndirir. Buna görə də meyarlardan biri də valideynin və tələbənin hansısa bankda defolt vəziyyətinin olmamasıdır. Bu, önəmli bir faktordur. İndi təqdim olunan kreditlər üçün tələblərdən biri odur ki, valideynin illik gəliri 10 min manatdan çox olmamalıdır".


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...