"ABŞ-lə diplomatik yol tam bağlanmayıb" - Əraqçi

"ABŞ-lə diplomatik yol tam bağlanmayıb" - Əraqçi

“Vaşinqton hərbi təhdid siyasətinə son qoymayınca Tehran ilə ABŞ arasında nüvə danışıqları davam etdirilməyəcək”.

 

Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin CBS telekanalına müsahibəsində bildirib.

 

“Danışıqların bərpa edilib-edilməməsinə qərar vermək üçün ilk növbədə Vaşinqtonun danışıqlardan yenidən hərbi təcavüz üçün istifadə etməyəcəyinə əmin olmalıyıq”,- deyə Əraqçi vurğulayıb.

 

O, diplomatiya yollarının tamamilə bağlanmadığını da qeyd edib. Nazir müsahibəsində həmçinin İranın uranı zənginləşdirmə fəaliyyətinə toxunub və bu sahəni “inkişaf etmiş, elmə əsaslanan sənaye” adlandırıb.

 

O deyib ki, əgər bu sənaye zədələnərsə və ya məhv olarsa, İran yaranan ziyanı qısa zamanda aradan qaldırmaq və texnoloji irəliləyişi davam etdirmək gücünə malikdir. Əraqçi İranın sülhməramlı nüvə proqramını milli qürur və ləyaqət mənbəyi kimi dəyərləndirərək, bu sahədən asanlıqla geri çəkilməyəcəklərini bildirib:

 

“Ölkəmizin sülhməramlı nüvə proqramı milli qürur və ləyaqət mənbəyinə çevrilib. İran 12 günlük tətbiq olunan müharibədən keçib. Buna görə də İran xalqı zənginləşdirmədən asanlıqla geri çəkilməyəcək”.

 

Nazir sonda qeyd edib ki, İran müharibə dövründə öz gücünü və müdafiə iradəsini nümayiş etdirib və mümkün hərbi təcavüz halında bu iradəni yenidən göstərəcəyini bəyan edib.

 

Fidan Hacızadə

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...