Azərbaycan Lapşin üçün vəkil təyin etdi

Azərbaycan Lapşin üçün vəkil təyin etdi

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və dünən ölkəmizə ekstradisiya olunan israil əsilli bloqer Aleksandr Lapşinin cinayət işi üzrə bəzi məlumatlar bəlli olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, A.Lapşin barəsində cinayət işinin istntaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən aparılır. 2016-cı il iyulun 1-də baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın qərarı ilə A.Lapşin barəsində axtarışa verilməklə qiyabi həbs qəti imkan tədbiri seçilib.

A.Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub. Vəkil Səfər Hüseynov onun müdafiəçisi olub. Bu gün isə S.Hüseynov A.Lapşinə təqdim ediləcək. Bloqer Azərbaycan dövləti tərəfindən təyin olunan vəkildən imtina da edə bilər, razılaşıb müqavilə də bağlaya bilər.

 

S.Hüseynov "Qafqazinfo"ya açıqlamasında bunu təsdiqləyib və bildirib ki, hələ ki A.Lapşinlə görüşməyib: "Onunla görüşəcəyəm. Hazırda harada saxlanılmasını bilmirəm. Başqa bir məlumatım yoxdur. Lapşinin işi ilə bağlı hələ heç nə bilmirəm. Bundan sonra yenə onun vəkili kimi təyin olunub-olmayacağımı da bilmirəm".


OXŞAR XƏBƏRLƏR

Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Səbəb

Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni requlyativ dəyişikliklər edib. Yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borcu onun xalis, vergid...

Ezgi Molanın keçmiş əri güllələndi - VİDEO

Türkiyəli aktrisa Ezgi Molanın keçmiş əri, iş adamı Mustafa Aksakallının Alaçatıdakı restoranına silahlı hücum olub.   Sfera.az “Qafqazinfo&rdq...

Azərbaycan neftinin qiyməti 71 dollara düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1...

Ərdoğanın sülh mesajı - İstanbulda yeni danışıqlar masası qurula bilər

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub ki, Ankara Rusiya...

Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ...

Yol polisi bəzi sürücülərə müraciət etdi: "Sükan arxasında əyləşməyin"

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıx...