Rusiyadan miqrantlar üçün YENİ RÜSUMLAR

Rusiyadan miqrantlar üçün YENİ RÜSUMLAR

Rusiya hökuməti əmək miqrantları və avtomobil sahibləri üçün yeni dövlət rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirir.

 

Sfera.az rus mətbuatına istinadən xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış sənədə iyunun 30-da hökumət komissiyasının iclasında baxılması planlaşdırılır.

 

Məlumata görə, miqrantlar üçün yeddi yeni rüsum növü, o cümlədən patentin verilməsi və müddətinin uzadılması üçün 4,2 min rubl, dublikat miqrasiya sənədləri üçün 2,1 min rubl, müvəqqəti qalma müddətinin uzadılması üçün 1 min rubl təklif olunur.

 

Həmçinin, sürücülük vəsiqələri iki dəfə bahalaşacaq (4-6 min rubla qədər), nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin qiyməti 1,5 dəfə artacaq (1,2 min rubla qədər), plastik STS isə 4,5 min rubla başa gələcək. İqtisadçılar qeyd edirlər ki, rüsumların sonuncu indeksasiyası 10 ildən çox əvvəl həyata keçirilib. Rüsumların artması sənədlərin hazırlanması xərclərinin inflyasiya artımını kompensasiya edir.

 

Maliyyə Nazirliyinin məlumatına görə, yeniliklər büdcəyə hər il əlavə 45 milyard rubl gəlir gətirəcək.

 

Firuzə Əliyeva

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...