Bakıda dənizdə körpü, nəqliyyat sistemi qurulacaq? - AÇIQLAMA

Bakıda dənizdə körpü, nəqliyyat sistemi qurulacaq? - AÇIQLAMA

Son illərdə Bakıda sürətlə artan avtomobil sayı, yol infrastrukturu üzərində böyük yük yaradaraq paytaxtda nəqliyyat sıxlığını daha da kəskinləşdirib. Xüsusilə pik saatlarda uzun tıxaclar həm insanların vaxt itkisinə, həm də iqtisadi zərərlərə səbəb olur.

 

Bakıda İstanbul nümunəsində dəniz nəqliyyatı yaradıla bilərmi?(Bayıl, Bibiheybət, Əzizbəyov, Şıxlar, Zığ). Yaradılarsa, bu, tıxacı azaldacaqmı? Bu addımın atılması üçün nə tələb olunur?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı praktik baxımdan bu halın mümkün görünmədiyini bildirib:

 

 

“Çünki Xəzər dənizində su taksilərinin fəaliyyəti rentabelli deyil. İnsanların buna marağı yalnız müəyyən bir dövr üçün ola bilər. Sonrakı mərhələlərdə isə həmin xidmət üçün tələb olunan məbləği ödəyərək səyahət etmək istəməyəcəklər”.

 

Ekspert sərhədlər açılandan və turizm potensialı daha da genişləndikdən sonra bu məsələyə turistik layihə kimi baxmağın mümkün olduğunu əlavə edib. O qeyd edib ki, ictimai nəqliyyat növü kimi insanları dənizin bir sahilindən digərinə daşınması real görünmür:

 

“Bunun əsas səbəbi maddi baxımdan səmərəsiz olmasıdır. Üstəlik, Xəzər dənizi küləkli dənizdir və hava şəraiti daim əlverişli olmur ki, müntəzəm səfərlərə imkan versin”.

 

Fidan Hacızadə

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...