Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanat yaydı

Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanat yaydı

Fransa, Almaniya və Böyük Britaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossiyə qarşı edilən hədələri qınayan birgə bəyanat yayıblar.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, üç ölkənin xarici işlər nazirlikləri tərəfindən yayılan bəyanatda Agentliyə tam dəstək ifadə olunub. Bildirilib ki, Rafael Qrossiyə yönəlmiş təhdidlər qəbuledilməzdir və bu cür yanaşmalar BMT nəzdində fəaliyyət göstərən beynəlxalq qurumların müstəqilliyinə zərbə vurur.

 

Bəyanat İranın, ABŞ və İsrailin hücumlarına məruz qalan nüvə obyektlərinə AEBA müfəttişlərinin daxil olmasına icazə verməməsindən sonra verilib. Tehran, Qrossini İsrailin hərəkətlərinə dəstək verməkdə və İranın milli təhlükəsizliyinə xəyanət etməkdə ittiham edib. İran rəsmiləri onun ölkəyə girişinə icazə verilməyəcəyini bəyan ediblər.


Bundan əlavə, İran parlamenti iyunun 25-də qəbul etdiyi qanunla AEBA ilə əməkdaşlığın dayandırılması barədə qərar verib. Qanun layihəsi 290 nəfərlik parlamentdə 221 səslə qəbul olunub.


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi bildirib ki, nüvə obyektlərinin hücuma məruz qaldığı, müfəttişlərin təhlükəsizliyinin təmin olunmadığı bir şəraitdə AEBA ilə əvvəlki formada əməkdaşlıq mümkün deyil.

 

Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...