Bu telefon ABŞ-də istehsal edilmirmiş - Sirlər üzə ÇIXDI

Bu telefon ABŞ-də istehsal edilmirmiş - Sirlər üzə ÇIXDI

Trampın şirkəti “Tramp Organization”ın yeni ağıllı telefonu “T1 Phone”un rəsmi saytında əvvəllər böyük hərflərlə yer alan “MADE IN THE USA” (ABŞ-də istehsal edilib) ifadəsi səssizcə silinib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, saytda “MADE IN THE USA” ifadəsi “Amerikan dəyərləri nəzərə alınaraq dizayn olunub” və “Hər cihazın arxasında Amerika əlləri var” kimi daha ümumi və qeyri-müəyyən ifadələrlə əvəz olunub. Ekspertlər belə dəyişikliklərin məhsulun əslində ABŞ-də deyil, sadəcə orada montaj edildiyini göstərmək məqsədi daşıdığını vurğulayırlar.

 

Bu dəyişikliklər, ABŞ-də sıfırdan ağıllı telefon istehsalı müəssisəsinin qurulmasının çətinliyi və telefonun Çin istehsalı modellərə bənzəməsi ilə bağlı yaranan şübhələrdən sonra baş verib. Bundan başqa, telefonun 6,78 düym kimi təqdim edilən ekran ölçüsü 6,25 düymə endirilib, “12GB RAM” detayı isə saytdan tamamilə silinib. Telefonun çatdırılma tarixi də sentyabr ayından “bu ilin sonrakı dövrləri” kimi qeyri-müəyyən ifadəyə dəyişdirilib. 499 dollar qiymətə sahib olan Tramp “T1 Phone” ilə bağlı bu dəyişikliklər məhsulun vəziyyəti və keyfiyyəti haqqında yaranan sualları artırır.

 

Bəsti Rəfizadə

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...