Bu gün Milli Sevgililər Günüdür

Bu gün Milli Sevgililər Günüdür

Hər bir xalqın və mədəniyyətin öz sevgini ifadə etmə forması, özəl günləri və rəmzləri var. Azərbaycanda da sevgi hisslərinin dəyərləndirildiyi, cəmiyyətin mənəvi həyatında mühüm yer tutan bir tarix var. Azərbaycanda hər il 30 iyun tarixi qeyri-rəsmi olaraq Milli Sevgililər Günü kimi qeyd olunur.

 

Sfera.az xəbər verir ki, bu günün seçilməsi təsadüfi deyil – o, ölkədə sədaqətin, sevgiyə və birliyə sadiqliyin simvoluna çevrilmiş Fərizə və İlham hekayəsi ilə bağlıdır.

 

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

 

1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər.  Həmin ilin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı "20 Yanvar" dairəsində vurulub.


Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Onu əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

 

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar.Qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

 

Bətnindəki körpəni də özü ilə məzara aparır...

 

Bu sarsıdıcı, eyni zamanda ülvi sevgi və sədaqət hekayəsi illərdir ki, Azərbaycan xalqının yaddaşında yaşayır.

 

İctimaiyyət tərəfindən bu sevgi nümunəsi yüksək dəyərləndirilir. Məhz buna görə də Fərizə və İlhamın toy günü – 30 iyun tarixi sevginin əbədiliyi və fədakarlığı ilə əlaqələndirilir. Cəmiyyət arasında bu gün Milli Sevgililər Günü kimi qəbul edilir.

 

Rəsmi olaraq dövlət səviyyəsində təsdiqlənməsə də, sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində və gənclər arasında bu tarix romantik münasibətlərin qeyd olunduğu xüsusi bir gün kimi geniş yayılıb. Sevgililər bir-birinə xüsusi hədiyyələr verir, sosial mediada paylaşımlar edir və bu günü birlikdə keçirməyə çalışırlar.

 

Qeyd edək ki, son illərdə gənclər arasında 14 fevral – Qərb mənşəli “Valentin günü” əvəzinə məhz 30 iyun tarixinin qeyd olunması daha da populyarlaşır. Bu isə milli kimliyə söykənən dəyərlərin qorunması baxımından cəmiyyət tərəfindən müsbət qarşılanır.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...