Mikayıl Cabbarov: "Ali təhsil sistemi artıq təsərrüfat əsaslı fəaliyyət göstərən sistemdir"

Mikayıl Cabbarov:

"Ali təhsil sistemi artıq bir neçə ildir ki, təsərrüfat əsaslı fəaliyyət göstərən sistemdir. Dövlət mülkiyyətləri üçün bu, kifayət qədər mütərəqqi bir modeldir".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Maarifçi" Tələbə Kredit Fondu, Təhsil Nazirliyi və Dünya Bankı ilə birlikdə "Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir əlavə edib ki, dövlət ali təhsil müəssisələrində maliyyələşmə adambaşına maliyyələşdirmə sistemi ilə qurulur. Dövlət sifarişi ilə təhsil alanların xərclərini dövlət ödəyir: "Dövlətlə ali təhsil müəssisələri arasında münasibət adambaşına maliyyələşdirmə münasibəti əsasında qurulub. Dövlət mərkəzləşdirilmiş imtahanda yüksək bal yığan, dövlət sifarişi ilə qəbul olunan tələbələrin təhsil alma xərclərini ödəyir".

M.Cabbarov bildirib ki, dövlət ali məktəbləri mövcud olan büdcə vəsaitlərinin 80-82%-ni əmək haqlarına sərf edirlər.

 

Nazirin sözlərinə görə, son 5 ildə ali məktəblərin qarşısında belə bir məqsəd dayanıb ki, onlar öz büdcələri ilə davamlı inkişaflarını təmin etsinlər.

M.Cabbarov əlavə edib ki, son 3,5 il ərzində Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə uğurlu fəaliyyət nəticəsində bir sıra səmərəli layihələr həyata keçirilib. Onun sözlərinə görə, bu il ali məktəblərdə yaradılan SABAH qruplarının ilk məzunları olacaq.

 




OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...