Unibank “Moody's” ilə əməkdaşlığını dayandırdı
Azərbaycanın Unibank Kommersiya Bankı ASC Moody's İnvestorlar Xidməti (Moody's Investors Service) ilə əməkdaşlığı dayandırıb.
Bankdan Sfera.az-a bildirilib ki, kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur. Bu gün daxili bazardan, xarici bazarlar ilə müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də Moody's ilə əməkdaşlıq dayandırılmışdır:
"Əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, biz yenidən əməkdaşlığı nəzərdə keçirəcəyik. Reytinq üçün "Moody's”a kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi. Həm, reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq agentlik ilə əməkdaşlığı dayandırmışıq”.
Qeyd edək ki, bu gün Moody's İnvestorlar Xidməti (Moody's Investors Service) Azərbaycanın UniBank Kommersiya Bankının reytinqlərini Bankın müraciəti ilə reytinqi geri götürmüşdür.