Köçkünlərin limitlərinin sıfırlanması ciddi narazılıq yaradıb
23:32 / 07.02.2017
801
Prezident İlham Əliyevin məcburi köçkünlərə aylıq 36 manat müavinətin verilməsi ilə bağlı sərəncamından sonra kommunal xidmətlərlə bağlı yeni problemlər ortaya çıxıb
Belə ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) məcburi köçkünlərin sayğaclarının son göstəricisini silməsi ciddi narazılıq yaradıb. Bu barədə mia.az-a məlumat verən məcburi köçkünlər bildiriblər ki, indiyə qədər elektrik enerjisini onlara ayrılan 150 kVt.saatlıq limitdən qənaət edərək qalıq limit toplayıblar. Lakin sonuncu qəbz gələn zaman məlub olub ki, elektrik sayğaclarının son göstəricisi sıfırlalanıb. Analoji məsələnin qazla bağlı da baş verdiyi bildirilir. Rəsmi qurumlar isə hələlik bu barədə məlumat verməkdən yayınırlar. Məsələnin mahiyyətini araşdırmaq üçün məcburi köçkün rayonlarının Milli Məclisdəki təmsilçiləri və ekspertlərlə söhbətləşdik.
Məsələylə bağlı fikirlərini mia.az-la bölüşən millət vəkili Elman Məmmədov bildirib ki, sözügedən məsələ onu da narahat edir: «Məcburi köçkün rayonlarının icra başçıları, deputatları «Qaçqınkom» sədri Əli Həsənovla görüş zamanı bu məsələni qaldırmışdıq. Müzakirə elədik ki, köçkün ailələrinin bir çoxu onlara verilən limiti qənaətlə işlədiblər və xeyli qalıq var. Amma Prezidentin məlum sərəncamından sonra köçkünlərin mənzillərinə quraşdırılan limitin sıfırlandığı bildirilir. Biz təklif elədik ki, əlavə qalıq limitlər silinməsin. Amma məsələ təkcə bu deyil. Elə ərazilər var ki, orada məskunlaşan köçkünlər yalnız elektrik enerjisi istifadə ediblər. Qaz olmadığına görə, məcburən işıqdan istifadə etdiklərinə görə, limiti aşaraq xeyli borc yaranıb. Biz bu məsələni də müzakirə edib xahiş elədik ki, hökumət bunu da nəzərə alaraq, müvafiq addımlar atsa, daha yaxşı olar. Hər halda, mən bir millət vəkili kimi bu məsələdə köçkünlərin mövqeyindən çıxış edirəm. Cənab Prezident hər zaman köçkünləri diqqət mərkəzində saxlayıb, ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq».
Digər köçkün rayonun Milli Məclisdəki təmsilçisi deputat Astan Şahverdiyev isə bu barədə danışmaqdan yayındı. O mia.az-ın əməkdaşının mövzu ilə bağlı sualına «Bu məsələ barədə detallı məlumatım yoxdur. Yəqin ki, mütəxəssislər hesablayıb öz qərarlarını verəcəklər. Bu səbəbdən də əlavə nəsə demək istəmirəm. Prezidentimiz hər zaman məcburi köçkünlərə xüsusi qayğı göstərib, yəqin ki, indi ortaya çıxa bilən problemlərinin həlli ilə bağlı da lazımi göstəriş verər. Amma siz deyən məsələ barədə heç nə deyə bilmərəm», - söyələməklə kifayətlənib.
Hüququşünas Ələsgər Məmmədli isə mia.az-a açıqlamasında bildirib ki, köçkünlərə verilən limitin silinməsində hər hansı bir pozuntu yoxdur. Onun sözlərinə görə, bu, hökumətin insiativində olan məsələdir: «Hökumət qərar verib ki, yeni ildən köçkünlərin kommunal xərclərini nağd şəkildə ödəsin. Yəni,aylıq müavinətin içərisində kommunal xərc də var. Yəni, yanvardan sonra həmin vəsaitlər məcburi köçkünlərin özlərinə ödənir. Amma başqa bir məqam var ki, qənaət nəticəsində toplanan qalıq limiti silirlər, əlavə borcları yox. O zaman ziddiyyət yaranır. Əgər yanvardan verilən müavinət bundan sonrakı dövrə aiddirsə, köhnə borclar da silinməlidir. Yəni, burada ziddiyyətli məqam var. Hər halda, hökumət məcburi köçkünlərin həssas təbəqə olduğunu nəzərə almalıdır. Təbii ki, bu amil nəzərə alınmasa, narazılığın yaranması normaldır».