Məhkəmə Polat Ələmdarla bağlı QƏRAR VERDİ: “Kurtlar vadisi”...
22:52 / 07.02.2017
3348
Türkiyə Məhkəməsi Polad Ələmdarla bağlı qərarını açıqladı
XəzərXəbər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyədə "15 iyul çevriliş"inə dəstək verməkdə ittiham olunan "Kurtlar Vadisi Pusu" teleserialının qəhrəmanı Necati Şaşmaz (Polad Ələmdar) və "Pana Film"in rəhbəri Mehmet Canpolat barəsində məhkəmə qərarını açıqlayıb. Yerli məhkəmə Necati Şaşmaz və Mehmet Canpolat barəsindəki "FETÖ" terror şəbəkəsinə dəstək vermək və paralel dövlət qurmaq iddiasını əsassız sayıb.
Məhkəmə qərar verib ki, "Kurtlar Vadisi Pusu" teleseralı əslində Türkiyə dövlətinə dəstək olub və terror təşkilatları ilə heç bir əlaqəsi olmayıb.
Qeyd edək ki, "Kurtlar Vadisi Pusu" serialı ilk dəfə 15 yanvar 2003-cü ildə Show tv-də yayımlanmışdı. Filmin dayandırılmasına səbəb kimi, filmin 2012-ci ildə, 159-cu seriyasında Ümraniye Kocatepe qəbirsanlığında Ərdoğan yazılı qəbir daşının olması, ancaq araştırma zamanı həmin qəbirsanlıqda real olaraq belə bir qəbir daşının olmadığı göstərilir.
Ötən ay "360 TV"də yayımlanan "Aramazdan Kalmasın" proqramının aparıcısı Təyyar İşıksaçan serialın növbəti aylarda çəkilişlərini bərpa ediləcəyini açıqlayıb. O, daha sonra bildirib ki, "Kurtlar Vadisi"nin rəhbərliyi hazırda başqa bir filmin çəkilişləri ilə məşğuldur: "Dünən axşam Mehmet Canbolatla danışdım ölkədə mövcud durumu nəzərə aldığı və başqa bir filmin çəkilişləri ilə məşğul olduğu üçün "Kurtlar Vadisi Pusu"nun növbəti aylarda çəkilişlərini bərpa edəcəyini söylədi".