Azərbaycana kredit qoyuluşu 30 milyard manatı ötüb - İlk dəfə

Azərbaycana kredit qoyuluşu 30 milyard manatı ötüb - İlk dəfə

Bu ilin iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 188,8 milyon manat təşkil edib.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən açıqlayıb. 


Məlumata əsasən, kredit qoyuluşu aylıq müqayisədə 1 %, ilin əvvəlinə nisbətən 3,1 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 13,9 % çoxdur.

 

Kredit qoyuluşunun 20 milyard 980,4 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 12,1 % çoxdur.

 

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 406,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 14,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,5 %-ə yüksəlib.

 

İyunun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2 %-dən 6 %-ə çatıb.

 

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.


OXŞAR XƏBƏRLƏR

ABŞ artıq “dünyanın ağası” deyil - Bəyanat

ABŞ imperializminin “dünyanın ağası” olmaq iddiaları artıq iflasa uğrayıb. Bu, çoxqütblü dünyanın obyektiv reallığıdır.    Sfera.az ...

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...