Hollandiya kraliçası Trampı ələ salıb? - FOTO

Hollandiya Kraliçası Maksima canlı efirdə ABŞ Prezidenti Donald Trampın yanında dayanarkən qəribə üz ifadələri göstərməsi internetdə qızğın müzakirələrə səbəb olub. Müzakirələrdə kraliça Amerika liderini ələ salmaqda ittiham olunur.
Sfera.az bildirir ki, Donald Tramp kraliça Maksima və əri Kral Villem-Aleksandr ilə rəsmi kral ziyafəti zamanı görüntülənib. Görüş Amerika prezidentinin iyunun 25-də baş tutan NATO sammiti üçün Avropa ölkəsinə gəlişindən sonra baş tutub.
Canlı yayım zamanı lentə alınan videolardan birində üç nəfərin bir kadrda gülümsəyərək birlikdə şəkil çəkdirdikləri əks olunub.
Tramp və Villem-Aleksandr ayaqüstü söhbət edərək gülümsəyir, kraliça Maksima isə susur. Bununla belə, o, kameraya gülümsəyib.
Eyni zamanda, Tramp danışarkən, kraliça Maksim onu ələ salıb. Bu, həmin anda onun ağzının necə tərpəndiyini görən sosial şəbəkə istifadəçilərinin gəldiyi nəticədir.
Hollandiya kraliçasının həmin an dəqiq nəyi ifadə etdiyi məlum olmasa da, çoxsaylı internet istifadəçilərinin diqqətini məhz bu jest çəkib.
Aynil