Cəlilabadda zəlzələ oldu
Hadisə
20:08 / 07.02.2017
1463
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Sfera.az bildirir ki, Trend Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 18:51:13-də Cəlilabaddan 23 km cənub-şərqdə Cəlilabad rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.6, dərinliyi 25 km olub.