İlham Əliyev İran İsrail qarşıdurmasından danışdı: "Azərbaycan öz mövqeyini ifadə edən ilk ölkələrdən biridir"

İlham Əliyev İran İsrail qarşıdurmasından danışdı: "Azərbaycan öz mövqeyini ifadə edən ilk ölkələrdən biridir"

Bu gün İranın Azərbaycana yeni təyin olunan  fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edən Prezident İlham Əliyev söhbət zamanı İran-İsrail qarşıdurmasına toxunub. 

 

Sfera.az xəbər verir ki, dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə etdi.

 

İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirdi.

 

Müctəba Dəmirçilu isə öz növbəsində qeyd edib ki, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini  və buna görə də təşəkkürlərini çatdırdı. Səfir qeyd etdi ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.


 


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...