Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi
17:16 / 07.02.2017
796
Prezident İlham Əliyev Ç.S.Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).